paylayıcı qurğu

Elektrik şəbəkəsinin bir hissəsi olaraq, istehlakçılara elektrik enerjisini çatdıran elektrik qurğuları

patent
pensiya kapitalı
OBASTAN VİKİ
Paylayıcı val
Paylayıcı val qazpaylayıcı mexanizmin əsas hissəsi olub, daxili yanma mühərrikində qazın verilməsini və çıxışını, həmçinin işçi taktını sinxronizə etməyə xidmət edən dirsəkli valdır. == Quruluşu == Müasir avtomobillərdə paylayıcı val silindr blokunun üst tərəfində yerləşdirilir və dirsəkli valla qayış və ya zəncirlə əlaqələndirilir. Paylayıcı vallar dirsəkli vala nisbətən iki dəfə kiçik sürətlə fırlanır, çünki dirsəkli valın iki dövrü bir iş tsiklini yaradır (dördtaktlı mühərriklərdə). Valın üzərində yerləşən dirsəklərin sayı sorma və xaricetmə klapanların sayına bərabərdir. Beləliklə hər klapana bir dirsək uyğun gəlir, hansı ki, klapan itələyicilərinin dəstəklərinə toxunaraq onu açır. Dirsək klapanı sətbəst buraxdıqda o, güclü geriyə itələmə yayların köməyi ilə sürətlə qapanır. Paylayıcı val mühərrik boyu uzanır. Sorma və xaricetmə dirsəklərində əlavə olaraq, hər silindrdə püskürtmə nasosunu işə salan yanacaq dirsəyi nəzərdə tutulur. İki istiqamətdə fırlanan mühərriklərdə hər bir istiqamət üçün nəzərdə tutulmuş paylayıcı vallar yanaşı yerləşdirilir. Valı şaquli istiqamətdə hərəkət etdirməklə lazımı valı işə salmaq olur.
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı.Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur. Hərkətli kranlar özləri bir yerdən başqasına gedə bilirlər.
Radioverici qurğu
Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. == Struktur sxemləri == Vericidə üç əsas proses baş verir: Yüksək tezlikli rəqsin generasiyası; Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Əsas paylayıcı çərçivə
Əsas paylayıcı çərçivə (ing. main distribution frame; MDF) — avadanlığın kabellərə və abonent daşıyıcı avadanlığa qoşulması üçün istifadə olunan siqnal paylayıcı çərçivə. MDF, mübadilə avadanlığının və lokal kommutasiyaların sonlarının MDF-də keçid naqilləri ilə birləşdirildiyi lokal telefon stansiyası daxilində yerləşən son nöqtədir. Telefon xətləri vasitəsilə xidmət göstərən bütün kabel-mis cütləri MDF-də dayandırılır və MDF vasitəsilə lokal mübadilə daxilində avadanlıqlara paylanır. Aralıq paylayıcı çərçivələrə (IDF) gedən kabellər MDF-də dayanır. Magistral kabellər eyni MDF-də və ya ayrıca magistral əsas paylayıcı çərçivədə (TMDF) dayana bilər. Digər paylama çərçivələri kimi, MDF də yamaq panelindən (patch panel) daha ucuza və daha yüksək tutumla obyektlərin təyin edilməsində çeviklik təmin edir. Ən geniş yayılmış MDF növü hər iki tərəfdən əlçatan olan uzun polad rəfdir. Bir tərəfdən dayandırma blokları rəflərin ön hissəsində üfüqi şəkildə yerləşdirilir. Atqılar rəflərdə uzadılır və şaquli olaraq yerləşdirilən digər dayandırma bloklarına şaquli vəziyyətdə getmək üçün izolyasiya edilmiş polad halqadan keçir.
Elektron kitab (qurğu)
Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsi ilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Quraşdırılabilən qurğu drayveri
Quraşdırılabilən qurğu drayveri (ing. installable device driver ~ ru. устанавливаемый драйвер устройства ~ tr. yüklenebilir aygıt sürücüsü) – adətən, əməliyyat sistemində olan bənzər, ancaq daha “zəif” proqramı və ya funksiyanı əvəzləmək üçün əməliyyat sisteminin tərkibinə daxil edilən qurğunun idarəedilməyə kömək proqramı (drayveri). Kompüterin Rom, Rom, HDD, SSDnin gördüyü işi daha sürətli, daha rahat görməsi üçündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Raket buraxıcı qurğu
Raket buraxıcı qurğu idarə olunan bir raketi buraxmaq üçün istifadə olunan qurğudur. Partlayıcı başlığıı olan sursata malik olur. Bir çox növləri var və ümumiyyətlə tarix boyu müxtəlif ölkələr tərəfindən istehsal edilmişdir. Fərqli məqsədlər üçün partlayıcı və dağıdıcı, yəni material əleyhinə və ya heyət əleyhinə istifadə edilə bilər.
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz, çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi bir hovuzdur. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.
Açarın imtinasını ehtiyatlandıran qurğu
Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur. == İş prinsipi == Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir. AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir: Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması. == İcra xüsusiyyətləri == AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Açarın imtinasını ehtiyatlandıran qurğu (AİEQ)
Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur. == İş prinsipi == Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir. AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir: Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması. == İcra xüsusiyyətləri == AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir.
василёк за́ ночь китёнок лилиеви́дный опра́ва полукру́гом слоёный супру́г бескислоро́дный пассерова́ть поддо́бриться симпопо́нчик смирнёхонький хладе́ть bank holiday cuda earned income extermination magnetotaxis outsiders pariah pencraft reasonably Special Drawing Rights издержать